Eriksenin “Real”a keçidi iyunun 1-dən sonra elan ediləcək

İngiltərənin “Tottenhem” klubunun danimarkalı yarımmüdafiəçisi Kristian Eriksen karyerasını Madrid “Real”ında davam etdirəcək.

SİA-nın məlumatına görə, bu barədə “El Chiringuito de Jugones” saytı xəbər verib.

27 yaşlı yarımmüdafiəçinin transferi barədə rəsmi məlumat UEFA Çempionlar Liqasının “Tottenhem”-“Liverpul” final görüşündən sonra veriləcək. Adı çəkilən final oyunu iyunun1-də oynanılacaq.

Bununla bərabər, əvvəllər “Tottenhem”də oynamış “Real”ın yarımmüdafiəçisi Qaret Beylin adı bu sövdələşməyə daxil edilməyəcək. Belə ki, “Tottenhem” rəhbərliyi uelslini geri qaytarmaq istəməyib. Bu səbəbdən “Real” Eriksenə görə tələb olunan pulu tam ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...