ABŞ millisinin oyunçusu "Çelsi"də

“Çelsi” yeni mövsm üçün heyətinə ilk yeni futbolçu cəlb edib.

SİA-nın klubun saytına istinadən verdiyi xəbərə görə, London təmsilçisi “Borussiya”dan Kristian Pulisiçin keçidini həll edib.

ABŞ millisinin üzvü ilə yanvar ayında razılıq əldə edilməsinə baxmayaraq, müqaviləyə əsasən yarımmüdafiəçi yalnız indi – mövsüm sona çatdıqdan sonra klubunu dəyişib. Bu keçid üçün "Çelsi"nin “Borussiya”ya 64 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Pulisiç bu mövsüm "Borussiya"da 30 oyuna 7 qol vurub, 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, xorvat əsilli futbolçu 1998-ci ildə ABŞ-ın Pensilvaniya ştatında doğulub və 18 yaşı tamam olmamış ABŞ millisinin heyətində Boliviya millisinin qapısına yol tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə