"Borussiya" yeni mövsüm üçün ilk transferini reallaşdırıb

Almaniyanın "Borussiya" klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi "Hoffenhaym"ın sol cinah müdafiəçisi Niko Şultsu heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Borussiya" bu keçid üçün 27 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Almaniya millisinin üzvü "Hoffenhaym"a 2017-ci ildə Münhenqladbax "Borussiya"sından keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə