Boksçularımız beynəlxalq turnirə qatılacaqlar

Mayın 22-də Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisi start götürəcək. Azərbaycan Boks Federasiyasından bildiriblər ki, dörd gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan yığması da iştirak edəcək.

Komandamızın baş məşqçisi Vaqif Şirinov Çexiyada dörd boksçumuzu sınaqdan keçirəcək. O, yeni çəki dərəcələri üzrə keçiriləcək Qran-pridə Elvin Məmişzadə (52 kq), Sərxan Əliyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesə (81 kq) şans verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə