Yığmamız Ukraynada təlim-məşq toplanışı keçir - FOTOLAR

Yeniyetmə qızlardan ibarət güləş yığmamız Ukraynada təlim-məşq toplanışı keçir. SİA Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, mayın 14-dən Krivoy-Roq şəhərində hazırlığa başlayan millimiz mayın 26-da Vətənə qayıdacaq.

Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 7 yeniyetmə güləşçi qarşıdakı məsul yarışlara hazırlığı davam etdirir. Yerli güləşçilərlə birgə baş tutan toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər keçirilir.

Qeyd edək ki, təlim-məşq toplanışı gələn ay İtaliyada keçiriləcək Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə