“Ştutqart”da yeni baş məşqçi

Almaniyanın “Ştutqart” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tim Valter Bundesliqa klubu ilə anlaşıb. Onunla 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.

Valter "Bavariya"nın gənclər komandasını çalışdırıb.

Qeyd edək ki, "Ştutqart" Bundesliqada qalmaq üçün pley-off oyunları keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə