Millimizin Gümüş Avropa Liqası üçün heyəti müəyyənləşib

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Gümüş Avropa Liqası üçün heyəti açıqlanıb. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, heyətdə Vüqar Bayramov, Tural Həsənli, Cavid Süleymanov, Aqil Ağazadə, Vadim Kutukov, Elmin Əlişanov, Emil Abdullayev, Pərviz Səmədov, Asif Əliyev, Dmitriy Obodnikov, Dmitriy Baranov, Rəsul İbrahimov, Andrey Vasilenko və Kənan Allahverdiyev yer alıblar.

Baş məşqçi Fərid Cəlilovun yetirmələri “B” qrupunda Danimarka, Rumıniya və Gürcüstan yığmaları ilə qarşılaşacaqlar. Yunanıstan, Avstriya, Macarıstan, Bosniya və Herseqovina komandaları isə “A” qrupunda mübarizə aparacaq.

Turnirin qrup mərhələsinin oyunları mayın 25-dən iyunun 15-dək keçiriləcək.

Qrupun qalibləri finalda üz-üzə gələcəklər. Turnirin qalibi növbəti mövsümdən Qızıl Avropa Liqasında mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə