Topaz Futbol Festivalı keçiriləcək -VİDEO- FOTOLAR

Topazın dəstəyi ilə mini futbol üzrə “Topaz Futbol Festivalı 2019” turniri keçiriləcək. SİA-nın məlumatına görə, bu gün festival ilə bağlı təqdimat mərasimi təşkil olunub. Tədbirdə "Caspiantech" QSC-nin nümayəndələri Esin Umut, Aynurə Bayramova, Dünya Mini Futbol Federasiyanın Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev, futbol veteranı Gülağa Cabbarov və digər futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, ölkədə futbolun inkişafına dəstək olaraq keçiriləcək bu yarış 7 bölgəni əhatə edəcək. Bütün bölgələr üzrə ümumi olaraq 56 komanda, 672 iştirakçı, onlarla könüllü iştirak edəcək. Turnir Gəncə, Qax, Xocavənd, Qusar, Lənkəran, Sumqayıt və Bakıda təşkil olunacaq.

Bölgələrin qalibi sonda Bakı finalında qarşılaşacaq. Festivalın qalibi məhz Bakıda müəyyənləşəcək.

Hər bölgədə keçiriləcək turniri açılış və bağlanış mərasimləri, xüsusi viktorinalar daha da maraqlı edəcək. Festivalda hər bir iştirakçını Topaz öz hədiyyələri ilə sevindirəcək.

“Topaz Futbol Festivalı”nın keçirilməsində əsas məqsəd Azərbaycanda futbolun inkişafına dəstək olmaq, futbol həvəskarlarının boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, eyni zamanda, paytaxtla yanaşı, bölgələrimizdə mini futbolun təbliğatını daha da artırmaqdır.

Qeyd edək ki, “Caspiantech” QSC (daha öncə "Azərinteltek" QSC olub) Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib və ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. “TOPAZ” markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsoru, müxtəlif federasiyaların xüsusi dəstəkçisidir. Bundan başqa, "Caspiantech" QSC hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır.

Turnirlərin keçirilmə cədvəli aşağıdakı kimidir:

• Qusar Turniri, Qusar Olimpiya İdman Kompleksi, 28 May
• Xocavənd Turniri, Xocavənd İdman Kompleksi, 2 İyun
• Lənkəran Turniri, Lənkəran Olimpiya İdman Kompleksi, 16 İyun
• Gəncə Turniri, Gəncə Olimpiya İdman Kompleksi, 23 İyun
• Qax Turniri, Qax Olimpiya İdman Kompleksi, 30 İyun
• Sumqayıt Turniri, "Spartak" Bədən Tərbiyəsi İdman Cəmiyyəti, 7 İyul
• Final, Bakı Su idman Sarayı, 14 İyul

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...