Ayxan Abbasov: "Bu mənim "Sumqayıt"la son oyunum idi"

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov komandadan ayrılır.

SİA-nın məlumatına görə, bunu gənc mütəxəssis Azərbaycan kubokunun finalında “Qəbələ”yə uduzduqları oyundan (0:1) sonra “CBC Sport”a açıqlamasında deyib.

“Kuboku qazansaq da, iki gün sonra klub rəhbərliyi ilə görüşüm olacaqdı. Yəqin ki, bu, mənim komanda ilə son oyunum idi. İndiki halda “Sumqayıt” Avropa Liqasında çıxış etməyə hazır deyil. Bunun üçün bir qədər inkişaf etmək lazımdır” – deyə o qeyd edib.

Qeyd edək ki, A.Abbasov sələfi Nazim Süleymanovun istefasından sonra ötən ilin noyabr ayından "Sumqayıt"ı çalışdırır. Onun rəhbərliyi altında “Sumqayıt” Azərbaycan Premyer Liqasının 2018-2019-cu illər mövsümünü 29 xalla 6-cı pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...