Kompani keçmiş komandasına qayıdır

"Mançester Siti"dən ayrılacağı gözlənilən kapitan Vinsan Kompani yeni klubunun adını açıqlayıb.

SİA-nın məlumatına görə, bu barədə belçikalı müdafiəçi özü klubun rəsmi saytına bildirib. 33 yaşlı futbolçu yetirməsi olduğu "Anderlext"ə qayıdacağını bildirib. O, sabiq klubunda oynayan məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Kompani 2003-2006-cı illərdə "Anderlext"in əsas komandasında çıxış edib. O, Belçika futbolunun yertişdirdiyi ən istedadlı futbolçulardan olub. Heç də təsadüfi deyil ki, Kompani 2004-cü ildə 17 yaşında olarkən Belçika millisində debüt edib.

Bütün xəbərlər Facebook səhifəmizdə