Futbol üzrə Portuqaliya çempionatında 2018/19 mövsümü başa çatıb.

SİA-nın məlumatına görə, sonuncu - 34-cü turda çempionun adına da aydınlıq gəlib.

Doğma meydanda sadiq tamaşaçıları qarşısında "Santa Klara"nı 4:1 hesabı ilə məğlub edən "Benfika" xallarını 87-yə çatdıraraq çempion olub. Lissabon təmsilçisi ən yaxın izləyicisi "Portu"nu 2 xal qabaqlayıb. BU, Lissabon təmsilçisinin son 6 ildə 5-ci çempionluğudur. Həmçinin, bu qalibiyyət komandanın baş məşqçisi Bruno Lajenin ilk çempionluğudur. O, çempionatın gedişində Ruy Vitoriyanı əvəzləmişdi.

Bununla da "Benfika" tarixi ərzində 37-ci çempionluğunu qazanıb və növbəti mövsümdən ölkəsini UEFA Çempionlar Liqasının birbaşa qrup mərhələsində təmsil etmək hüququ qazanıb. 37-ci çempionluq isə Portuqaliya çempionatları tarixində rekord göstəricidir.

Bütün xəbərlər Facebook səhifəmizdə