“Mançester Siti” İngiltərənin bu mövsümdəki bütün kuboklarını qazandı

İngiltərə kubokunda 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

SIA-nın məlumatına görə, "Uembli" stadionunda keçirilən final oyununda "Mançester Siti" və "Uotford" üz-üzə gəlib. Matç Pep Qvardiolanın komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb. İngiltərə milli komandasının hücumçusu Sterlinq 38, 81 və 87-ci dəqiqədə vurduğu qollarla etdiyi tet-triklə qələbədə əsas pay sahibi olub. Digər qolları 26-cı dəqiqədə Silva, 61-ci dəqiqədə De Bruyne və 68-ci dəqiqədə Jezus vurublar.

Bu, Mançester təmsilçisinin cari turnirdə 8 ildən sonra ilk qalibiyyətidir.

Qeyd edək ki, bu kubok "Mançester Siti"nin 2018/2019 mövsümündə qazandığı üçüncü kubokdur. Komanda bundan əvvəl İngiltərə Liqa kubokunun və Premyer Liqanın qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə