Massimiliano Alleqri: "Həyat davam edir"

Mövsümün sonunda "Yuventus"dan ayrılacaq baş məşqçi Massimiliano Alleqri açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis bildirib ki, Turin klubu onun layiqli əvəzləyicisini tapacaq: "Hazırki "Yuventus"u yaratmaq üçün 5 il lazım oldu. Amma indi hər şey bitir. Həyat davam edir. İndi evə gedirəm, sonra bir az istirahət edəcəyəm. "Yuventus"u kimin çalışdıracağını bilmirəm, amma əminəm ki, bu, böyük məşqçi olacaq. Çünki "Yuventus" böyük klubdur. Bu, 5 il gözəl idi".

Qeyd edək ki, istefa ilə bağlı Alleqri və klubun Direktorlar Şurasının sədri Andrea Anyelli bu gün mətbuat konfrası keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə