Şahmatçılarımız cavab oyunları keçirəcəklər - "Grand Prix 2019"

Mayın 18-də Moskvada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Grand Prix 2019” seriyasının birinci mərhələsinin ikinci turu start götürəcək.

SİA-nın məlumatına görə, turnirdə Azərbaycanı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

Ş.Məmmədyarov ikinci turda polşalı Radoslav Voytaşek, T.Rəcəbov isə amerikalı Hikaru Nakamuraya qarşı cavab oyunu keçirəcək. Birinci turda Ş.Məmmədyarov polşalı rəqibinə uduzub. T.Rəcəbov isə amerikalı şahmatçı ilə heç-heçə edib.

Xatırladaq ki, 2017-ci ildə keçirilən sonuncu “Grand Prix” seriyasının qalibi Ş.Məmmədyarov olub. T.Rəcəbov isə ötən seriyanı üçüncü pillədə başa vurub. Ş.Məmmədyarov reytinqə görə “Grand Prix 2019” seriyasının birinci mərhələsinin favoritidir.

Bütün xəbərlər Facebook səhifəmizdə