Slovakiyalı gimnast: "Bakıda özümü hər zaman evdəki kimi hiss edirəm"

“Nəzərə alsaq ki, zədə ilə əlaqədar 7 ay məşq etməmişəm, o zaman çıxışımı yaxşı qiymətləndirirəm. Avropa çempionatı bir il ərzində ilk yarışımdır”. SİA-nın məlumatına görə, bunu Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çıxış edən slovakiyalı gimnast Natalya Polyakova deyib.

O, Azərbaycanda olmaqdan məmnunluğunu bildirib: "Bakıda özümü hər zaman evdəki kimi hiss edirəm. Burada yarışlar ideal keçirilir".

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışda 35 ölkədən gimnastlar mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB