"Qəbələ" "Dinamo"nu məğlub edib

“Qəbələ” futbol akademiyasının U-15 və U-13 komandaları Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşlərini başa vurub və Vətənə qayıdıblar. SİA-nın məlumatına görə, ilk matçda 1:2 hesabı ilə məğlub olan U-15 cavab oyununda iki cavabsız qolla qələbə qazanıb. Fərid Kələntərov və Sərxan Mirzəzadə rəqib qapısına yol tapıblar.

U-13 də eyni hesabla qalib gəlib. Qollara Cuma Hüseynov və Həsən Nəzərli imza atıblar. Komanda əvvəlki oyunda da "Dinamo"nu məğlub etmişdi - 3:2.

Qeyd edək ki, "Qəbələ" və "Dinamo" arasındakı qarşılıqlı razılığa əsasən, mövsümdə bir dəfə hər klub digərinin iki komandasını bazasında qonaq edir və müştərək toplanış keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...