Alina Çamzina: "Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb"

Bakıda bədii gimnastika üzrə Avropa çempionatında çıxış edən çexiyalı idmançı Alina Çamzina yarış haqda fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, azarkeşlərin idmançıları dayanmadan dəstəkləməsinə görə şad olduğunu deyib.

A.Çamzina Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradıldığını vurğulayıb: "Burada məşq etmək çox rahatdır. Arenada gimnastlar üçün çox gözəl imkanlar mövcuddur. Milli Gimnastika Arenasında yarışlar yüksək səviyyədə təşkil edilir. Həmçinin Azərbaycandan olan tamaşaçıların bizi dəstəkləməsi çox sevindiricidir".

İdmançı qeyd edib ki, bütün gücünü toplamalı və bugünkü çıxışına hazır olmalıdır: "Özümü toplamalıyam. Hər şeyi məşqlərdə hazırlaşdığım kimi etməyə çalışacağam. Ən əsası gərgin olmamalıyam".

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışda 35 ölkədən gimnastlar mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB