Çempionu Çakır müəyyənləşdirəcək

Türkiyə Superliqasının 33-cu turunda çempionun adına aydınlıq gələcək. Həmin tur çərçivəsində mayın 19-da keçiriləcək “Qalatasaray”-“Başakşəhər” oyununun baş hakimi müəyyənləşib.

SİA-nın Türkiyə Futbol Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, sözügedən görüşün baş hakimi Cüneyt Çakır olacaq.

Qeyd edək ki, bu qarşılaşmada qalib gələcək komanda son turun nəticəsindən asılı olmayaraq çempionluğu rəsmiləşdirəcək.

Əlavə edək ki, "Qalatasaray" və "Başakşəhər" hazırda 66 xalla 1-2-ci pillələri bölüşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə