"Sabah"ın hazırlıq planı müəyyənləşib

"Sabah" futbol klubunun 2019/20-ci il mövsümü üçün hazırlıq planı bəlli olub. SİA-nın məlumatına görə, komanda iyunun 17-də Bakıda toplaşacaq. Paytaxtdakı hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu keçiriləcək.

Hazırlığın ikinci mərhələsi isə Türkiyənin Bolu şəhərində baş tutacaq. Komanda iyulun 16-da qardaş ölkəyə yollanacaq. Türkiyədəki təlim-məşq toplanışı iyulun 29-dək davam edəcək. “Sabah” Boluda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə