AL-in final matçının bilet satışının növbəti mərhələsi başlayacaq

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununa bilet satışının üçüncü mərhələsi yaxın günlərdə həyata keçiriləcək. SİA-nın məlumatına görə, ilkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılmış, sonra isə Bakı şəhərindəki müxtəlif satış nöqtələrində biletlərin fiziki satışı təşkil olunmuşdu. Satış prosesinin üçüncü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq və paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə