"Zirə" Mfo Kqasvane ilə müqaviləni uzadıb

"Zirə" qış fasiləsində 6 ay + 1 illik müqavilə imzaladığı botsvanalı yarımmüdafiəçi Mfo Kqasvane ilə bağlı qərar qəbul edib. SİA-nın məlumatına görə, "qartallar"ın baş məşqçisi Samir Abasovun istəyi ilə botsvanalı futbolçu komandada qalıb. Müqavilənin şərtlərinə uyğun olaraq, 24 yaşlı hücumameyilli futbolçu ilə anlaşma 1 il uzadılıb.

Qeyd edək ki, Kqasvane "Zirə"də 13 oyuna 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə