"Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin köməkçisi Quti klubdan ayrıla bilər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qutinin yeni mövsümdə “qara qartallar”da baş məşqçi təyin olunmayacağı təqdirdə, ayrılacağı bildirilir.

Şenol Günəş mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq. O, bir müddət əvvəl Türkiyə milli komandasına baş məşqçi təyin olunub.

Qeyd edək ki, Quti 2018-ci ilin yayından "Beşiktaş"da çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə