Futbol üzrə Hollandiya Erediviziyasında 2018/19 mövsümü başa çatıb. SİA-nın məlumatına görə, sonuncu - 34-cü turda "Ayaks" səfərdə "De Qrafsap"ı 4:1 hesabı ilə məğlub edib və çempion olub. Bu, Amsterdam təmsilçisinin 34-cü Hollandiya çempionluğu olub.

Erik ten Haqın yetirmələri ən yaxın izləyicisi PSV-ni 3 xal qabaqlayıb.

Qeyd edək ki, "Ayaks" Erediviziyada sonuncu dəfə 2013/14 mövsümünün qalibi olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə