Yekaterinburq sambo üzrə AÇ-yə ev sahibliyi üçün yeganə namizəddir

Yekaterinburq sambo üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün yeganə namizəd şəhərdir. Avropa Sambo Federasiyasının mayın 16-da İspaniyanın Xixon şəhərində keçiriləcək konqresində çempionata ev sahibliyi hüququnu qazanan şəhər rəsmən təsdiqlənəcək.

SİA TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa və Ümumrusiya Sambo federasiyalarının prezidenti Sergey Yeliseyev məlumat verib. O qeyd edib ki, Avropa Sambo Federasiyasının illik konqresində təşkilatın ötənilki fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, planlar müzakirə ediləcək. Həmçinin bir neçə namizədin federasiyanın icraiyyə komitəsinə üzv seçilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, mayın 16-dan 20-dək İspaniyanın Xixon şəhərində sambo üzrə Avropa çempionatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə