"Latsio" 7-ci dəfə ölkə kubokunu qazanıb

İtaliya kubokunun 2018-2019-cu illər mövsümü üçün final oyunu keçirilib.

SİA-nın məlumatına görə, Romada – “Stadio Olimpiko”da keçirilən həlledici görüşdə “Latsio” ilə “Atalanta” üz-üzə gəlib.

Milinko-Saviçin 82, Korreanın isə 90-cı dəqiqədə vurduğu qollarla “Latsio” oyundan qalib ayrılıb. Çempionatın bitməsinə iki tur qalmış turnir cədvəlində 8-ci sırada qərarlaşmış “Latsio” ölkə kubokunu qazanmaqla UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümündə çıxış etmək hüququ qazanıb.

Qeyd edək ki, bu, “Latsio”nun 7-ci ölkə kubokudur. Bu göstəricidə “Latsio” artıq “İnter”ə çatıb. Kuboku ən çox qazanan isə “Yuventus” (13 dəfə) və “Roma”dır (9 dəfə).

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...