"Neftçi" "Qarabağ"ı təbrik edib

"Neftçi" "2018/2019 mövsümü futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə "Qarabağ"ı təbrik edib. Bununla bağlı Bakı klubunun prezidenti Kamran Quliyev Ağdam təmsilçisinin kollektivinə ünvanladığı məktubda bildirilib. Komandaya Çempionlar Liqasında uğurlar arzulanıb.

Qeyd edək ki, dünən "Qarabağ" "Neftçi"ni gümüş medal qazanması münasibəti ilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə