Frenk Lempard "Çelsi"nin sükanı arxasına keçir?

Frenk Lempard, deyəsən yenidən "Çelsi"yə qayıtmaq üzrədir. Amma bu dəfə futbolçu kimi deyil, baş məşqçi kimi. Britaniya mətbuatının yazdığına görə, London təmsilçisinin rəhbərliyi istefaya göndərməyə planlaşdırdığı baş məşqçi Maurisio Sarrinin yerini F.Lempardla doldurmağı planlaşdırır.

Qeyd edək ki, yerli azarkeşlərin komandanın oyunundan narazılığını nəzərə alan "Çelsi"nin sahibi Roman Abramoviç 60 yaşlı mütəxəssislə yolları ayırmaq istəyir. Əlavə edək ki, F.Lempard hazırda İngiltərə Çempionşip təmsilçisi “Derbi Kaunti”ni çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə