Argentina millisinin Amerika kuboku üçün heyəti açıqlanıb

Futbol üzrə Argentina millisinin Amerika kuboku üçün geniş heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Lionel Skaloni 32 futbolçuya dəvət göndərib. Onların arasında “Barselona”nın kapitanı Lionel Messi, “İnter”in hücumçusu Mauro İkardi və “Yuventus”un yarımmüdafiəçisi Paulo Dibala da var.

Qeyd edək ki, yekun heyət gələn həftə müəyyənləşəcək. Amerika Kuboku iyunun 14-də start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...