Mevlüt Çavuşoğlu xəstəxanada Emre Akbabanı ziyarət edib

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu "Qalatasaray"ın əməliyyat olunmuş futbolçusu Emre Akbabanı ziyarət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazir xəstəxanaya gələrək 26 yaşlı yarımmüdafiəçinin həkimləri ilə danışıb, oyunçunun vəziyyətinin necə olduğu ilə maraqlanıb.

Qeyd edək ki, Emre Akbaba Superliqanın son turunda "Rizəspor"la qarşılaşmada ayağı sındığı üçün 1 il yaşıl meydanlardan kənarda qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...