“Kasımpaşa”nın baş məşqçisi istefa verib

Türkiyə Super Liqasında çıxış edən “Kasımpaşa” klubunun baş məşqçisi Mustafa Dənizli vəzifəsindən istefa verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 70 yaşlı mütəxəssis uğurlu nəticə əldə edə bilmədiyi üçün bu addımı atıb.

O, ötən ilin oktyabr ayından İstanbul klubuna rəhbərlik edirdi. "Kaslmpaşa" 32 turdan sonra turnir cədvəlində 38 xalla 13-cü pillədə qərarlaşıb.

Dənizli 2013/14 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə