Çimərlik güləşçilərimiz Dünya Seriyası turnirində mübarizə aparırlar

Mayın 10-11-də Braziliyanın Rio-de-Janeyro şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçirilir. SİA-nın məlumatına görə, martda Portuqaliyanın Çaves şəhərində təşkil olunan analoji yarışda çıxış etmiş güləşçilərimiz Braziliyada da qüvvələrini sınayırlar. Belə ki, məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) ölkəmizi okeanın o tayında təmsil edirlər.

Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə isə ədaləti qoruyur.

Xatırladaq ki, Portuqaliyada O.Nəzəriani qızıl, P.İlyaslı və İ.Yusubov isə gümüş medal qazanmışdı. Hər iki yarış payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.

Bütün xəbərlər Facebook səhifəmizdə