F1 Azərbaycan Qran Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub - FOTOLAR

Bu gün Formula 1 SOCAR Azərbaycan Qran Prisi öncəsi dördgünlük bilet sahibləri üçün pit-yolu gəzintisi təşkil olunub. SİA-nın məlumatına görə, avtoidman yarışlarının həvəskarları, paytaxt sakinləri və şəhərimizin qonaqları pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyiblər.

Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.

Böyük coşqu ilə keçən pit-yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.

Qeyd edək ki, Formula 1 SOCAR Azərbaycan Qran Prisi aprelin 26-28-də Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə