Azərbaycan Qran-Prisinin üçüncü stüardı müəyyənləşib

Formula 1 çempionatının sabiq pilotu Mika Salo Azərbaycan Qran-Prisinin üçüncü stüardı qismində Beynəlxalq Avtomobil Federasiyasına (FIA) dəvət edilib. SİA-nın məlumatına görə, mübahisəli vəziyyətlərin araşdırılmasına Mika Salo ilə bərabər “DMSB” Almaniya Assosiasiyasının nümayəndəsi doktor Gerd Ennzer və FIA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şett də cəlb ediləcək.

Bu il Avstraliya Qran-Prisində Denni Sallivan, Bəhreyndə Emanuele Pirro və Çində Derek Uorik dəvət edilmiş stüardlar olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə