“Sumqayıt” “20”yə çatıb

“Sumqayıt” Azərbaycan Kubokunda yubiley oyununu keçirib. SİA-nın məlumatına görə, yarımfinal mərhələsinin “Zirə” ilə ilk oyunu “Gənclik şəhəri” təmsilçisinin yarışda 20-ci matçı olub. Ölkə kubokunda 2011/12 mövsümündə debüt edən komana ilk oyununda Bakı “Lokomotiv”ini 2:0 hesabı ilə məğlub edib. Səkkiz mövsüm ərzində baş tutan 20 matçda sumqayıtlılar 7 qələbə qazanıb, 3 heç-heçə edib və 10 dəfə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə