Bu gün F1 pilotlarının Bakıda mətbuat konfransı keçiriləcək

Bu gün 2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisində iştirak edən bir neçə pilot mətbuat konfransında iştirak edəcək. SİA-nın məlumatına görə, konfransa Antonio Covinatsi (“Alfa Romeo”), Kevin Maqnussen (“Haas”), Lens Stroll (“Rasing Point”), Niko Hülkenberq (“Renault”) və Corc Rassell (“Williams”) qatılacaq. Tədbir saat 17:00-da başlayacaq.

Sabah isə komanda rəhbərləri mətbuat konfransında iştirak edəcəklər. Toto Volf (“Mercedes”), Otmar Zafnauer (“Rasing Point”), Kristian Horner (“Red Bull”), Siril Abitebul (Renault) və Kler Uilyams (“Williams”) jurnalistlərin suallarını cavablandıracaqlar. Sabahkı mətbuat onfransı saat 15:00-da başlayacaq.

Qeyd edək ki, 2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə