İki ildən sonra: Yenə yarımfinalda

Futbol üzrə Azərbaycan Kubokunda mövsümün ilk qolsuz oyunu baş tutub. SİA-nın məlumatına görə, yarımfinalın ilk görüşləri çərçivəsində keçirilən “Sumqayıt” - “Zirə” matçı 0:0 hesabı ilə nəticələnib. Bu qarşılaşmayadək baş tutan 13 oyunun hamısında qol qeydə alınıb.

Ötən – 2017/18 mövsümündə də 0:0 hesabı qeydə alınmamışdı. Sonuncu dəfə belə hesaba 2016/17 mövsümündə, indiki kimi yarımfinalda təsadüf olunub. “Qarabağ”la “Neftçi” arasında cavab oyununda qapılara qol vurulmayıb. 2017-ci il aprelin 5-də baş tutan həmin matçdan 748 gün sonra kubok görüşü qolsuz yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə