Bu gündən F1 azarkeşləri yarış məkanına daxil ola biləcəklər

Bu gün 2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisinin azarkeşləri yarış məkanına daxil ola biləcəklər. SİA-nn məlumatına görə, saat 12:00-da azarkeş zonalarının qapıları açılacaq, 14:00-da isə 4 günlük bilet sahiblərinin Pit Leyn gəzintisi təşkil olunacaq.

Aprelin 26-da isə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və Formula 2 komandalarının sıralama turu keçiriləcək.

Sabah, həmçinin Maks Ferstappen, Pyer Qasli ("Red Bull"), Sebastyan Fettel, Şarl Lekler ("Ferrari"), Daniel Rikkardo və Niko Hülkenberqin ("Renault") azarkeşlər üçün avtoqraf sessiyaları olacaq.

Qeyd edək ki, 2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə