“Mançester Siti”dən çempionluq yolunda vacib qələbə

İngiltərə Premyer Liqasında 31 və 33-cü turlardan təxirə salınan görüşlər keçirilib.

SİA-nın məlumatına görə, günün maraqla gözlənilən görüşü “Old Trafford”da oynanılıb. Burada “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”ni qəbul edib. “Şəhərlilər” 2:0 hesablı qələbə qazanaraq çempionluq yolunda vacib xallar qazanıblar.

Günün digər oyununda “Arsenal” “Vulverhempton”un qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyunlardan sonra “Mançester Siti” 89 xalla yenidən turnir cədvəlinin ilk pilləsinə qalxıb. Onu 1 xal az toplayan “Liverpul” təqib edir. ”Arsenal” isə 66 xalla üçüncüdür. “Vulverhempton” bu qələbə ilə xallarının sayını 51-ə çatdırıb və 7-ci pilləyə qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə