PSJ Mauro İkardiyə "elçi düşüb"

PSJ "İnter"in futbolçusu Mauro İkardini heyətinə cəlb edə bilər. Fransa mətbuatının yazdığına görə, Paris klubu argentinalı hücumçu ilə yaxından maraqlanır. PSJ-nin futbolçusu Edinson Kavani ilə İkardini dəyişməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, "İnter"in İkardi üçün 70 milyon avro təzminat tələb etdiyi iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə