"Akhisarspor" Türkiyə kubokunun finalında

Futbol üzrə Türkiyə kubokunda ilk finalçı müəyyənləşib. Belə ki, "Akhisarspor" yarımfinal mərhələsinin cavab görüşündə birinci liqa təmsilçisi "Ümreniyespor"a doğma meydanda 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib. "Akhisarspor" ilk görüşdə də rəqibini eyni hesabla məğlub etmişdi.

"Akhisarspor" - "Ümreniyespor" - 1:0
Qol: Çikalleşi, 37

Türkiyə kubokunun son qalibi Akhisar təmsilçisi finalda "Qalatasaray" - "Malatyaspor" cütlüyünün qalibi ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə