İspaniya superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək?

Futbol üzrə İspaniya superkuboku növbəti mövsümdən Səudiyyə Ərəbistanında keçirilə bilər. "Marca" nəşrinin yazdığına görə, İspaniya Futbol Federasiyası bununla bağlı ərəblərlə danışıq aparır. Federasiyanın oyunların 6 mövsüm Səudiyyə Ərəbistanında keçirilməsini təklif etdiyi bildirilir. Müqavilənin məbləği bir mövsüm üçün 30 milyon avro nəzərdə tutulub. Bu isə federasiyanın 6 ilə 180 milyon avro qazanacağı deməkdir.

Qeyd edək ki, İspaniya superkuboku ötən il Mərakeşdə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə