Ronaldo bu futbolçuları "Yuventus"a gətirir

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Turin klubunun rəhbərliyi ilə yay transfer pəncərəsinin planlarını müzakirə edib. "Corriere dello Sport" nəşrinin yazdığına görə, portuqaliyalı hücumçu söhbət zamanı altı futbolçunun transferini məsləhət görüb. 34 yaşlı oyunçunun siyahısının ilk pilləsində həmyerlisi hücumçu Joau Feliş ("Benfika") yer alıb. Bundan başqa, Ronaldo yarımmüdafiəçi İsko, müdafiəçi Rafael Varan (hər ikisi "Real"), müdafiəçi Kostas Manolas ("Roma"), hücumçu Federiko Kyeza ("Fiorentina") və yarımmüdafiəçi Tanqay N'Dombelenin ("Lion") "Yuventus"a transfer olunmağını istəyir. O hesab edir ki, bu futbolçular komandanı daha da gücləndirəcək və növbəti mövsüm Çempionlar Liqasında uğur qazanmağa kömək edəcək.

Bildirilir ki, bütün namizədləri Ronaldo baş məşqçi Massimiliano Alleqri ilə müzakirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə