AMADA-nın rəhbəri ÜADA-nın iclasında iştirak edib

Monreal şəhərində Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Milli Antidopinq Təşkilatları (MADT) üzrə Məşvərət Qrupunun dünya üzrə milli antidopinq təşkilatları üçün maraq təşkil edən məsələlərə həsr edilmiş iclası keçirilib. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) SİA-ya verilən məlumata görə, AMADA-nın rəhbəri Şəfəq Hüseynli daxil olmaqla, dünyanın müxtəlif ölkələrini təmsil edən dopinqlə mübarizə sahəsində tanınmış 10 ekspertdən ibarət Qrup, qlobal antidopinq ictimaiyyəti daxilində milli antidopinq təşkilatlarına dair ÜADA rəhbərliyinə ekspert məsləhəti və dəstək göstərmək məqsədilə yaradılıb.

Məşvərət Qrupunun iclasının nəticələri ÜADA rəhbərliyi tərəfindən 16 may tarixində ÜADA-nın Təsisçilər Şurasına təqdim ediləcək. Lakin Qrupun keçirdiyi gərgin müzakirələrin bəzi əsas nəticələri artıq ÜADA tərəfindən bu yaxınlarda mətbuat üçün açıqlanıb. Qrup təmiz idmanın müdafiəsi naminə idmançılarla işin daha da təkmilləşdirilməsinin əhəmiyyətini vurğulanıb və milli antidopinq təşkilatları icmasını idmançıları dopinqlə mübarizəyə ən yaxşı cəlb etmə yollarını nəzərdən keçirilməyə və müəyyən etməyə çağırıblar. Qrup, həmçinin növbəti iclasda müzakirə edilmə məqsədilə milli antidopinq agentlikləri tərəfindən idmançılarla əməkdaşlığına dair müzakirə üçün sənəd hazırlayacaq.

Qrup, ÜADA-nın Ümumdünya Antidopinq Məcəlləsinə riayətin monitorinqi üzrə indiyə qədər gördüyü gərgin işi yüksək qiymətləndirmiş və Riayətin Monitorinqi Proqramının, bütün antidopinq təşkilatları üçün məcburi tələblərin gücləndirilməsi daxil olmaqla ÜADA-nı indiyə qədər öyrənilmiş dərsləri icmal etməyə, proqramı qiymətləndirməyə və tələb olunduqca təkmilləşdirməyə sövq edən həlledici rolunu vurğulanıb.

Məşvərət Qrupu, həmçinin 2021-ci il üçün Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların icmalı üzərində işin gedişi və irəlləyiş münasibəti ilə ÜADA-nı və Məcəllənin tərtibatı üzərində işləyən qrupu təbrik etmiş və Məcəllə və Beynəlxalq Standartlara təklif edilən dəyişikliklərin qlobal antidopinq proqramının təkmilləşdirilməsində böyük rol oynayacağına inamını bildirib.

Əlavə olaraq, Qrup üzvləri antidopinq proqramının inkişafının ÜADA və antidopinq ictimaiyyəti üçün əsas prioritet kimi əhəmiyyətini vurğulamış və milli antidopinq təşkilatlarını qlobal olaraq bir-birinə zəruri struktur və proqramların yaradılmasında yardımçı olmağa çağırıb.

Qrup inanır ki, milli antidopinq təşkilatlarının heç bir kənar təsir və ya təzyiq olmadan Məcəllə və Beynəlxalq Standartlara uyğun müstəqil qərar qəbul etmək qabiliyyəti həlledici məsələdir. Milli antidopinq təşkilatları daxil olmaqla, bütün antidopinq təşkilatlarının əməliyyat müstəqilliyi zəruri şərtdir, daha geniş müstəqillik isə can atılmalı bir məqsəd olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə