UEFA: "Azərbaycan Respublikasının qərarını alqışlayırıq"

UEFA elektron viza sistemində HIV/hepatit təsdiqi tələbinin ləğvinə görə Azərbaycana təşəkkür edib. SİA-nın məlumatına görə, bu barədə qurumun rəsmi saytı bəyanat yayıb. Bəyanatda deyilir: "Biz Azərbaycan Respublikasının elektron viza sisteminə HIV/hepatit təsdiqi tələbinin ləğv edilməsi ilə bağlı düzəliş etmək qərarını alqışlayırıq. Bu addım UEFA-nın mayın 29-da Avropa Liqası finalı üçün Bakıya gedəcək azarkeşlərin adından etdiyi xahişi ilə atılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə