Yunan-Roma güləşi üzrə yığmamız təlim-məşq toplanışına başlayıb

Aprelin 24-də Yunan-Roma güləşi üzrə yığmamız təlim-məşq toplanışına başlayıb. SİA-nın məlumatına görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu və bir neçə gənc güləşçi də daxil olmaqla, 30-a yaxın idmançı ilə mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə