"Mançester Siti" ciddi itki ilə üzləşib

İngiltərə Premyer Liqasında "Liverpul"la çempionluq yarışında olan "Mançester Siti" ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, "şəhərlilər"in yarımmüdafiəçisi Kevin de Bruyne sıradan çıxıb. Premyer Liqanın 35-ci turunda "Tottenhem"lə görüşdə zədələnən belçikalı yarımmüdafiəçi 2-3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm 30 oyuna 5 qol vurub, 9 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə