"Mançester Siti" Rodriqo Hernandesi transfer edəcək

İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Atletiko"nun yarımmüdafiəçisi Rodriqo Hernandesin transferi üçün hərəkətə keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş məşqçi Pep Qvardiolanın tələbi ilə "şəhərlilər" 22 yaşlı yarımmüdafiəçini yayda transfer etməyə çalışacaq. Mançester təmsilçisi İspaniya millisinin üzvünün 70 milyon avroluq sərbəst qalma qiymətini ödəməyə hazırdır.

Qeyd edək ki, Rodriqonun "Atletiko" ilə 2023-cü ilə qədər müqaviləsi mövcuddur. O, cari mövsüm 42 oyuna 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə