AFFA İK cərimə və cəzaları açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

18 aprel 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXV turunun “Sumqayıt” – “Səbail” matçının 58-ci dəqiqəsində “Səbail” klubunun 33 №-li futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

18 aprel 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXV turunun “Qarabağ” – “Keşlə” matçında “Keşlə” klubunun baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur (maddə 62).

19 aprel 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXV turunun “Sabah” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 56-cı dəqiqəsində “Sabah” klubunun 21 №-li futbolçusu Novruz Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).

16 aprel 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXIII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” və “Ağsu” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 64-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 5 №-li futbolçusu Xəyal Əmirli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).

16 aprel 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXIII turunun “Keşlə-2” – “Zirə-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

16 aprel 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXIII turunun “Turan Tovuz” – “Şüvəlan” matçında “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 70-cı dəqiqəsində “Turan Tovuz” klubunun 14 №-li futbolçusu Eltay Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 48).

21 aprel 2019-cu il, Bakcell U-17 Liqasının “Mil-Muğan” (İmişli) – “Xəzər Lənkəran” matçının 65-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 1 №-li futbolçusu Ayaz Məmmədli hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3). Oyunun 67-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 21 №-li futbolçusu Rəvan Quluzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).

21 aprel 2019-cu il, Bakcell U-17 Liqasının “Zirə” – “Neftçi” İK İB matçının 63-cü dəqiqəsində “Neftçi” İK İB klubunun 10 №-li futbolçusu Vaqif Ağadadaşov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 78-ci dəqiqəsində “Zirə” klubunun 6 №-li futbolçusu Mikayıl Kərimli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

20 aprel 2019-cu il, Boulevard Hotel U-15 Liqasının “Zaqatala” – “Gəncə” TİM matçının 70-ci dəqiqəsində “Gəncə” TİM klubunun 7 №-li futbolçusu Namiq Qocayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.1). Oyunun 70+1-ci dəqiqəsində “Zaqatala” klubunun 3 №-li futbolçusu Zübair Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

20 aprel 2019-cu il, U-11 Liqasının “Leon” – “Sabah” matçının 32-ci dəqiqəsində “Leon” klubunun baş məşqçisi Rəşad Muradov və “Sabah” klubunun baş məşqçisi Elvin Həsənov texniki zona qaydalarını pozduğlarına görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki məşqçi 1 oyun cəzalanır (maddə 62).

21 aprel 2019-cu il, U-16 qızlar Liqasının “Xırdalan City” (Bakı) – “Aran” FK (Ağcabədi) matçında “Aran” FK klubunun 5 №-li futbolçusu Gülnar Həsənova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

18 aprel 2019-cu il, U-16 qızlar Liqasının UGİM (Xaçmaz) – “Keşlə” FK (Bakı) matçında “Keşlə” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın “Bədr FK-Xocalı” – “Təbriz” matçının 11-ci dəqiqəsində “Bədr FK Xocalı” klubunun 10 №-li futbolçusu Pənah Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

20 aprel 2019-cu il, futzal üzrə Birinci Liqanın “Baku Fire” – “Abşeron” matçında “Abşeron” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

20 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın “Gənclik” İK – “Xəzər Astara” matçında “Xəzər Astara” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Bütün xəbərlər Facebook səhifəmizdə