Poqba: "Çox məyusedici mövsümdür"

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba İngiltərə Premyer Liqasının son turunda “Everton”a 0:4 hesablı məğlubiyyətdən sonra komandasını sərt tənqid edib.

SİA-nın məlumatına görə, ulduz futbolçu deyib: “Biz özümüzə bənzəmədik. Baş məşqçimizin yeni gəldiyi vaxtlarda olan əhval-ruhiyyəmiz bu oyunda yox idi. Bu hesab “Mançester Yunayted”, onun fanatları və klubun tarixi üçün yaxşı hal deyil. “Everton”a qarşı hörmətsizlik etmək istəmirəm. Amma bu cür məğlubiyyətlə biz özümüzə hörmət etməmiş olduq.

Bİz özümüzə qarşı çox acıqlıyıq. Biz daha yaxşı oynamalıyıq və oynayacağıq. Uduzmaq da olar, lakin bu, gözəl və xəcalət çəkilməməli oyunla olmalıdır”.

Fransalı yarımmüdafiəçi daha sonra turnir cədvəlindəki vəziyyətlərini şərh edib: “Əgər biz “dördlüy”ə düşməsək çox məyus olacağıq. İki il dalbadal mükafatsız qalmaq çox məyusedicidir. Biz mükafatlar üçün oynayırıq. Ötən il bu, bizə nəsib olmadı, bu il də belə olacaq. Çox məyusedici mövsümdür”.

Bütün xəbərlər Facebook səhifəmizdə