“Çelsi”nin sabiq futbolçusu Frank Lebyöf son olaraq, “Mançester Yunayted”i çalışdıran Joze Mourinyonun məşqçilik karyerası haqda danışıb. “ESPN” nəşrinin yazdığına görə, 1996-2001-ci illərdə London klubunun formasını geyinən veteran müdafiəçi portuqaliyalı mütəxəssisin məşqçi kimi vaxtının keçdiyini bildirib:

“Jozenin “Mançester Yunayted”dəki rolu oyunçuların ondan nifrət etməsilə başa çatdı. “İnter”də Marko Materatsinin onun üçün necə ağladığını yaxşı xatırlayıram. Ancaq Mançesterdə işləri yaxşı getmədi. Artıq onun vaxtı bitib. Məncə, bundan sonra həyatı barədə düşünməyə başlamalıdır”.

Qeyd edək ki, Mourinyo məşqçi karyerası ərzində “Portu”, “Real”, “Çelsi” və “Mançester Yunayted”i çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə